Mourinyo yeni heyətlə “Real Madrid”in bazasına qayıtdı - FOTO

10 İyul 2026 16:25
93
Mourinyo yeni heyətlə “Real Madrid”in bazasına qayıtdı - FOTO

İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Joze Mourinyo 13 ildən sonra klubun “Valdebebas” bazasına qayıdıb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümöncəsi hazırlığın rəsmi başlanmasından əvvəl klubun bazasına gələrək yeni layihə üzərində işə başlayıb.

Mourinyo “Real Madrid”in ağ, çəhrayı və yaşıl detallı yeni məşq geyimində görüntülənib. Klubun 2026/27 mövsümü üçün hazırlanan formasında da çəhrayı elementlərdən istifadə olunub.

63 yaşlı mütəxəssisin məşqçilər korpusuna “Real Madrid”in sabiq futbolçusu Sami Xedira da qoşulub. Almaniyalı keçmiş yarımmüdafiəçi Mourinyonun köməkçilərindən biri kimi fəaliyyət göstərəcək.

Xedira 2010-2015-ci illərdə “Real Madrid”də çıxış edib. O, Madrid klubuna məhz Mourinyonun ilk dönəmində transfer olunub. Beləliklə, dünya çempionu 11 ildən sonra “Real Madrid”ə fərqli vəzifədə qayıdıb.

Mourinyo ilk dəfə 2010-2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib. Onun dönəmində komanda İspaniya çempionu, ölkə kubokunun və Superkubokun qalibi olub.

İdman.Biz