Pedri İspaniyanın Belçika ilə oyunda start heyətində yer almayıb

10 İyul 2026 22:39
69
Pedri İspaniyanın Belçika ilə oyunda start heyətində yer almayıb

İspaniya millisinin yarımmüdafiəçisi Pedri 2026-cı il dünya çempionatının dörddəbir final mərhələsində Belçika ilə oyun üçün milli komandasının start heyətində yer almayıb.

İdman.Biz bildirir ki, oyun bu gün, 10 iyulda ABŞ-ın İnqlvud şəhərindəki “SoFi” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Pedri daha əvvəl 2026-cı il dünya çempionatında İspaniya millisinin heyətində hər oyunda start heyətində yer almışdı.

İspaniyanın start heyəti belədir: Simon, Porro, Kubarsi, Laporte, Kukurelya, Rodri, Olmo, Ruis, Yamal, Baena, Oyarsabal.

1/8 finalda İspaniya Portuqaliyanı 1:0, Belçika isə ABŞ-ı 4:1 hesabı ilə məğlub etdi.

DÇ-2026 11 iyundan ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin finalı 19 iyulda ABŞ-ın İst-Raterford şəhərində keçiriləcək. Argentina hazırkı dünya çempionudur.

İdman.Biz
Məqalədə: