"Barselona" Misirin "Əl Əhli" klubu ilə Joan Qamper Kuboku yoldaşlıq turnirində qarşılaşacaq.
İdman.Biz bu barədə Mundo Deportivo-ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, artıq klublar arasında razılıq əldə edilib. Oyun 19 avqustda "Spotify Camp Nou" stadionunda keçiriləcək.
Joan Qamper Kuboku "Barselona" tərəfindən hər il təşkil edilən yoldaşlıq turniridir. İlk dəfə 1966-cı ildə o vaxtkı Katalan prezidenti Enrike Lloydenin təşəbbüsü ilə keçirilib. Yarış "Barselona"nın əfsanəvi qurucusunun adını daşıyır.
Turnirin ən sonuncu buraxılışı 10 avqust 2025-ci ildə "Blaugrana"nın "Como"nu 5-0 hesabı ilə məğlub etdiyi zaman baş tutub. Bu kubok Kataloniya klubunun kubok tarixində 47-ci kubokudur.
