“Kəpəz”dən ayrılan futbolçunun yeni ünvanı məlum olub

11 İyul 2026 12:20
87
“Kəpəz”dən ayrılan futbolçunun yeni ünvanı məlum olub

“Kəpəz” futbol klubundan ayrılan Ehtiram Şahverdiyevin yeni klubu müəyyənləşib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Ehtiram Şahverdiyev karyerasını “Şamaxı”da davam etdirəcək.

Bölgə təmsilçisinin yeni baş məşqçisi Azər Bağırov ötən mövsüm “Kəpəz”də çalışdığı futbolçunu komandasında görmək istəyir.

Qeyd edək ki, 29 yaşlı futbolçu Ehtiram ötən mövsüm “Kəpəz”də 34 oyunda bir qol vurub, üç məhsuldar ötürmə edib.

İdman.Biz