Birinci Liqa təmsilçi “Mingəçevir”in sabiq futbolçusu Kenet Kalunqa Premyer Liqa klubunda oynayacaq.
İdman.Biz prosport.az-a istinadən xəbər verir ki, zambiyalı hücumçu “Kəpəz”ə keçib.
Ötən mövsüm Birinci Liqanın 15 qolla ikinci ən yaxşı bombardiri olmuş Kalunqa ilə yaxın günlərdə bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 29 yaşlı hücumçunu “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Cavid Hüseynov da istəyirdi. O, qeyri-rəsmi çalışdırdığı “Cəbrayıl”dan onu hədəfləmişdi. “Kəpəz” isə Kenet Kalunqanı hələ qış fasiləsində - Azər Bağırovun vaxtından istəyirdi. Lakin onda “Mingəçevir” Premyer Liqaya oynadığından, klub futbolçuya gələn təklifi gizlətmişdi.
