Kurtua Belçika millisindəki çıxışına fasilə vermək istəyir

11 İyul 2026 14:20
81
Kurtua Belçika millisindəki çıxışına fasilə vermək istəyir

Futbol üzrə Belçika millisinin qapıçısı Tibo Kurtua yığmadakı karyerasına bir illik fasilə vermək niyyətində olduğunu açıqlayıb.

İdman.Biz-in məlumatına görə, bu qərar 2026-cı il dünya çempionatının 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra gündəmə gəlib.

34 yaşlı qolkiper qarşılaşmanın 71-ci dəqiqəsində aldığı zədə səbəbindən əvəzlənib.

Kurtuanın millidən tam ayrılmaq yox, bir il müddətinə çıxışlarına fasilə verməyi planlaşdırdığı bildirilir. Belçika yığması isə İspaniyaya məğlub olaraq dünya çempionatı ilə vidalaşıb.

İdman.Biz
Məqalədə: