İngiltərə - Norveç matçının biletləri astronomik qiymətə satılır

11 İyul 2026 19:06
79
İngiltərə - Norveç matçının biletləri astronomik qiymətə satılır

İngiltərə və Norveç arasında keçiriləcək 2026-cı il dünya çempionatının dörddəbir final matçının biletləri 1 milyon dollara yenidən satılacaq.

İdman.Biz bu barədə Sky News-a istinadən bildirir.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) iki biletin əvvəlcə 1285 dollara satışa çıxarıldığını açıqlayıb. Hazırda isə onların dəyəri 1 milyon dollardır. Lakin platformada 1285 dollara alınıb 5000 dollara satılan daha ucuz biletlər mövcuddur.

İngiltərə - Norveç matçı 12 iyulda “Hard Rock” stadionunda (Mayami, Florida, ABŞ) keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

İdman.Biz