Aleks Ferqyuson Kerrikə DÇ-2026-da fərqlənən oyunçuları transfer etməməyi məsləhət görüb

12 İyul 2026 05:12
92
Aleks Ferqyuson Kerrikə DÇ-2026-da fərqlənən oyunçuları transfer etməməyi məsləhət görüb

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson “qırmızı şeytanlar”ın hazırkı çalışdırıcısı Maykl Kerrikə DÇ-2026-da fərqlənən oyunçularla müqavilə imzalamamağı məsləhət görüb.

İdman.Biz bu barədə “Mirror” istinadən məlumat verir.

“Mən həmişə böyük turnirlərdə yaxşı çıxış edən oyunçularla müqavilə imzalamaqdan ehtiyat etmişəm. Bunu 1996-cı ildə Avropa çempionatından sonra, Yordi Kroyff və Karel Poborski ilə müqavilə bağlayaraq etdim. Hər ikisi həmin turnirdə parlaq çıxış etdi, amma milli komandalardakı oyunlarda göstərdikləri eyni fədakarlığı komandada onlardan almadım. Bəzən oyunçular özlərini çox yaxşı motivasiya edir və dünya və Avropa çempionatlarına hazırlaşırlar, amma sonra səviyyələri aşağı düşür”, - deyə Ferqyuson "Mirror" qəzetinə bildirib.

İdman.Biz