İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem DÇ-2026-nın dörddəbir final matçında Norveçə qarşı oyunda iki qol vurub və komanda yoldaşı Harri Keyn ilə birlikdə yığma komandanın mundialda rekorduna imza atıb.
İdman.Biz bildirir ki, matç 2:1 hesabı ilə İngiltərənin xeyrinə başa çatıb.
Dünya çempionatı tarixində ilk dəfə olaraq iki İngiltərə oyunçusu bir nüfuzlu beynəlxalq yarışda altı və ya daha çox qol vurub. Bellingemlə Keynin hesablarında hərəyə altı qol var.
Bununla İngiltərə yığmasının oyunçuları daha bir rekorda da imza atıblar. İlk dəfə olaraq dünya çempionatında eyni millinin iki oyunçusu 6 və daha çox top vurub.
