Futbol üzrə DÇ-2026-nın yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub.
İdman.Biz xəbər verir ki, güclü dördlüyə sonuncu vəsiqəni Argentina millisi qazanıb. Hazırkı dünya çempionları əlavə vaxtda İsveçrəni 3:1 hesabı ilə məğlub ediblər.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə hissələrdə Xulian Alvares və Lautaro Martines fərqlənərək Argentinaya qələbə qazandırıblar.
Bundan əvvəl İngiltərə millisi də yarımfinala yüksəlib. Komanda əlavə vaxtda Norveçə 2:1 hesabı ilə qalib gəlib. İngiltərənin hər iki qolunu Cud Bellinqem vurub.
Digər yarımfinal cütündə Fransa və İspaniya milliləri qarşılaşacaqlar.
DÇ-2026-nın yarımfinal oyunları:
14 iyul
23:00 Fransa - İspaniya
15 iyul
23:00 İngiltərə - Argentina
Dünya çempionatının finalı iyulun 19-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
