Erlinq Holand: “Bəzən çempionatın taleyini ayrı-ayrı məqamlar həll edir”

12 İyul 2026 10:24
96
Erlinq Holand: “Bəzən çempionatın taleyini ayrı-ayrı məqamlar həll edir”

Norveç millisinin futbolçusu Erlinq Holand DÇ-2026-nın 1/4 finalında İngiltərəyə məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, Norveç millisi əlavə vaxtda rəqibinə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

“Düzünü desəm, hisslər ağırdır. Düşünürəm ki, daha artığına layiq idik və İngiltərə üzərində qələbəyə çox yaxın olmuşduq. Müəyyən boşluq hissi var, amma eyni zamanda qürur duyuruq. 1/4 finala yüksəldik və İngiltərəyə qarşı ciddi mübarizə apardıq. Hisslər qarışıqdır”, - deyə Holand bildirib.

Hücumçu görüşün həlledici epizodlarında hakimin mübahisəli qərarlarına da münasibət bildirib:

“Bəzən çempionatın taleyini ayrı-ayrı məqamlar həll edir. Braziliya ilə oyunda gedişatı dəyişməyi bacardıq. İngiltərə ilə qarşılaşmadan əvvəl isə şanslar 50-nin 50-yə görünürdü. İngiltərə güclü komandadır və oyun çətin keçdi”.

Norveç 36-cı dəqiqədə Andreas Şelderupun qolu ilə hesabı açıb. Cud Bellinqem fasiləyədək bərabərliyi təmin edib. O, 93-cü dəqiqədə ikinci qolunu vuraraq İngiltərəyə qələbə qazandırıb.

İngiltərə millisi yarımfinalda Argentina ilə qarşılaşacaq.

İdman.Biz