İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal milli komandanın 2026-cı il dünya çempionatının yarımfinalında Fransa ilə oyuna hazırlığından danışıb.
İdman.Biz bildirir ki, oyun 14 iyulda keçiriləcək.
“Oyuna böyük inamla yanaşıram. Bilirəm ki, hər şey yaxşı olacaq. Hazıram və səbirsizliklə gözləyirəm. Xüsusi bir gün olacaq. Düşünürəm ki, dünya çempionatının əvvəlindən bəri hər kəs bu matçı gözləyirdi. Biz həqiqətən də onu səbirsizliklə gözləyirdik. Biz dünya çempionatının ən yaxşı iki komandasıyıq, amma heç qorxmuruq. Düşünürəm ki, əgər kimsə Fransaya qarşı inamla oynaya bilirsə, bu bizik”, - Yamal “Marca” qəzetinə bildirib.
2026-cı il dünya çempionatının dörddəbir finalında İspaniya Belçikanı 2:1, Fransa isə Mərakeşi 2:0 hesabı ilə məğlub edib.
