Braziliya futbol millisinin hücumçusu Neymar yığmadakı karyerasını başa vurub.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu bunu DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesablı məğlubiyyətdən sonra bildirib. Görüşdə Neymar Braziliyanın yeganə qolunu penaltidən vurub.
Neymar Braziliya millisində debütünü 2010-cu ildə ABŞ-yə qarşı oyunda edib və ilk matçındaca qol vurub. O, yığma ilə 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub, 2016-cı ildə Rio Olimpiadasında qızıl medal qazanıb.
Ulduz futbolçu Braziliya millisinin tarixində ən məhsuldar oyunçu kimi yadda qalıb. Neymar 2014, 2018, 2022 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib.
Milli karyerasında 130 oyun keçirib və 80 qol vurub.
Qeyd edək ki, Braziliya Norveçə məğlub olaraq DÇ-2026 ilə vidalaşıb.
