DÇ-2026: İngiltərə - Meksika matçı ildırım səbəbindən təxirə salındı

6 İyul 2026 03:33
86
DÇ-2026: İngiltərə - Meksika matçı ildırım səbəbindən təxirə salındı

DÇ-2026-nın 1/8 final mərhələsində keçiriləcək İngiltərə - Meksika oyununun başlama saatı dəyişdirilib.

İdman.Biz xəbər verir ki, qarşılaşma bir saat gec başlayacaq.

Buna səbəb stadion ərazisində ildırım çaxmasıdır. Matç əvvəl nəzərdə tutulan vaxtdan fərqli olaraq, Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Norveç millisi ilə qarşılaşacaq.

İdman.Biz