Belçika futbol millisinin baş məşqçisi Rudi Qarsiya FIFA-nın ABŞ yığmasının oyunçusu barədə qərarına sərt reaksiya verib.
İdman.Biz xəbər verir ki, fransalı mütəxəssis FIFA-nın Baloqunun DÇ-2026-nın 1/8 final matçı üçün diskvalifikasiyasının ləğvinə kəskin reaksiya verərək bunu ədalətsiz hesab etdiyini bildirib.
“Bilmirdim ki, FIFA üçün dünya çempionatında 5 iyul əslində axmaqlar günü imiş. Biz milli komandanı və ya federasiyanı yox, futbolu və ədaləti müdafiə edirik”, - deyə Qarsiya vurğulayıb.
Qeyd edək ki, Baloqunun 1/8 final oyunu üçün cəzasının ləğvi Belçika tərəfinin narazılığına səbəb olub.
