Braziliya millisinin futbolçusu Neymar DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə 2:1 hesablı məğlubiyyətdən sonra meydanda göz yaşlarına boğulub.
İdman.Biz xəbər verir ki, oyunda penalti zərbəsindən fərqlənən hücumçuya məğlubiyyət ağır təsir edib. Oyun başa çatdıqdan sonra Neymar meydanda diz çökərək ağlayıb.
Bu zaman komanda yoldaşları Vinisius və Rafinya ona yaxınlaşaraq təsəlli veriblər. Görüntülərdə hər iki futbolçunun Neymarı sakitləşdirməyə çalışdığı əks olunub.
Qeyd edək ki, Braziliya Norveçə uduzaraq mundialla vidalaşıb.


