Holand Braziliya ilə matçın ən yaxşısı seçildi

6 İyul 2026 02:29
90
Holand Braziliya ilə matçın ən yaxşısı seçildi

Norveç millisinin hücumçusu Erlinq Holand DÇ-2026-nın 1/8 finalında Braziliyaya qarşı parlaq oyunu ilə fərqlənib.

İdman.Biz xəbər verir ki, 25 yaşlı forvard Braziliya - Norveç matçının ən yaxşı oyunçusu seçilib.

Holand qarşılaşmada dubl edib. O, ümumilikdə dörd zərbə endirib, iki açar ötürmə verib və rəqibin cərimə meydançasında dörd dəfə topla təmasda olub.

Qeyd edək ki, Norveç Braziliyanı 2:1 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlib.

İdman.Biz