Ekvador Futbol Federasiyası Meksika azarkeşlərinin davranışı ilə bağlı FIFA-ya rəsmi şikayət edib.
İdman.Biz xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Hadisə DÇ-2026-nın 1/16 finalında keçirilən Meksika - Ekvador oyunundan əvvəl baş verib. Meksikalı azarkeşlər gecə saatlarında Ekvador millisinin qaldığı otelin ətrafına toplaşıblar. Onlar səsgücləndiricilərdən, siqnal səslərindən və motosikletlərdən istifadə edərək futbolçuların istirahətinə mane olublar.
Ekvador Futbol Federasiyası bu davranışın feyr-pley, ədalət və birlik prinsiplərinə zidd olduğunu bildirib. Qurum FIFA-dan belə hallara daha ciddi yanaşmağı və komandaların təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görməyi istəyib.
Qeyd edək ki, qarşılaşmada Meksika Ekvadora 2:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra Ekvador mundialla vidalaşıb, Meksika isə 1/8 finala yüksəlib.
