Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının ən çox qol vuran iki oyunçusundan biridir.
İdman.Biz xəbər verir ki, bu, fransız futbolçunun İsveç millisinə qarşı 1/16 final matçında (3:0) iki qol vurmasından sonra mümkün olub.
Mbappenin hazırda altı qolu var və bu, bütün zamanların ən çox qol vuran oyunçusu olan argentinalı ulduz hücumçu Lionel Messiyə çatıb. Lakin 2022-ci il dünya çempionu cəmi üç oyunda iştirak edib, Mbappe isə artıq dörd oyunda meydana çıxıb.
Mbappenin matçdakı ikinci qolu onun dünya çempionatlarında 18-ci qolu olub. Messi mundiallar tarixində 19 qolla rekorda sahibdir.
Fransa 1/8 finalda Paraqvayla qarşılaşacaq.
