Almaniya Fransa təhlükəsinə görə həyəcan vəziyyətindədir

28 İyun 2026 16:58
99
Almaniya Fransa təhlükəsinə görə həyəcan vəziyyətindədir

Almaniya futbol millisində Fransa ilə mümkün qarşılaşma öncəsi narahatlıq artıb.

İdman.Biz xəbər verir ki, “Bild” nəşri Usman Dembelenin Norveçə qarşı 4:1 hesabı ilə başa çatan oyunda het-trik etməsindən sonra Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmanna xəbərdarlıq edib.

Fransa millisi DÇ-2026-nın 1/16 finalında İsveçlə qarşılaşacaq. Didye Deşamın komandası bu mərhələni keçəcəyi halda, 1/8 finalda Almaniya ilə üz-üzə gələ bilər.

“Bild” Dembelenin çıxışını Almaniya üçün ciddi siqnal kimi qiymətləndirərək, “Dembelenin qolları Naqelsmann üçün xəbərdarlıqdır”, - deyə yazıb.

Nəşr Fransa millisinin hücum potensialına xüsusi diqqət çəkib:

“Ehtiyatlı ol, Naqelsmann, ehtiyatlı ol, Almaniya! Fransa dünya çempionatının son qrup matçında dağıdıcı hücumunu işə saldı”.

Yazıda Dembelenin hazırkı formasının Almaniya üçün əsas təhlükələrdən biri olduğu vurğulanıb:

“Bu fransızlardan qorxmaq lazımdır. Xüsusilə də ilin ən yaxşı futbolçusu Usman Dembeledən. O, Naqelsmann və komandasına açıq xəbərdarlıq göndərir”.

İdman.Biz