Messi, Mbappe və Vozinya qrup mərhələsinin rəmzi komandasında

28 İyun 2026 15:28
96
Messi, Mbappe və Vozinya qrup mərhələsinin rəmzi komandasında

Futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinin rəmzi komandasını tərtib edilib.

İdman.Biz xəbər verir ki, “Opta” analitik portalının tərtib etdiyi 11-likdə Argentina millisindən Lionel Messi, Fransa millisindən Kilian Mbappe, Braziliya millisindən Vinisius Junior və Kabo-Verde millisindən Vozinya da yer alıb.

Rəmzi komanda belədir:

Qapıçı: Vozinya - Kabo-Verde

Müdafiəçilər: Marven Senaya - Qana, Pau Kubarsi - İspaniya, Diney Borjes - Kabo-Verde, Keito Nakamura - Yaponiya

Yarımmüdafiəçilər: Ueston Makkenni - ABŞ, Pedro Vite - Ekvador

Hücumçular: Lionel Messi - Argentina, Vinisius Junior - Braziliya, Kilian Mbappe - Fransa, Erlinq Holand - Norveç

Qeyd edək ki, hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il mundialının finalında Argentina Fransa ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Argentina 4:2 hesabı ilə qalib gəlib.

İdman.Biz