Zidan Mbappe və Dembeleni müqayisə etdi

28 İyun 2026 12:41
88
Zidan Mbappe və Dembeleni müqayisə etdi

Fransa futbol millisinin sabiq yarımmüdafiəçisi Zinəddin Zidan Kilian Mbappe və Usman Dembele barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Madrid “Real”ının keçmiş futbolçusu iki ulduz hücumçunun fərqli oyun üslubuna malik olduğunu bildirib.

O, Dembeleni daha komanda oyunçusu kimi xarakterizə edib:

“Tamamilə fərqli iki futbolçudurlar. Usman daha təvazökardır, həmişə məşqçini dinləyir. Müdafiədə də işləyir, komanda yoldaşlarına kömək edir”.

Zidan Mbappenin isə matçın taleyini qısa müddətdə dəyişə bilən futbolçu olduğunu söyləyib:

“Mbappe daha aqressiv oyunçudur. Kilian bir neçə saniyə ərzində matçın gedişini dəyişməyi bacarır. Onların hər ikisi xüsusi futbolçudur. Biri komandanı gücləndirir, digəri isə tarixi bir saniyədə dəyişə bilir”.

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın 1/16 finalında İsveçlə qarşılaşacaq.

İdman.Biz