Emiliano Martines: “Kabo-Verdeyə qarşı diqqətli olmalıyıq” - İDMAN.BİZ ABŞ-də - VİDEO

28 İyun 2026 13:28
94
Emiliano Martines: “Kabo-Verdeyə qarşı diqqətli olmalıyıq” - İDMAN.BİZ ABŞ-də - VİDEO

“Onlar həqiqətən yaxşı komandadırlar. Əks-hücumları çox sevirlər”.

Bu sözləri Argentina futbol millisinin qapıçısı Emiliano Martines İordaniya ilə oyundan sonra DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə keçiriləcək oyun barədə danışıb İdman.Biz-in əməkdaşına açıqlamasında deyib.

Təcrübəli qolkiper rəqibin təhlükəli komanda olduğunu vurğulayıb:

“Onlar həqiqətən yaxşı komandadırlar. Əks-hücumları çox sevirlər, çox nizamlı və fiziki cəhətdən güclüdürlər. Buna görə diqqətli olmalıyıq”.

Qeyd edək ki, Argentina 1/16 finalda Kabo-Verde ilə qarşılaşacaq. Bu mərhələdə məğlub olan komanda mundialla vidalaşacaq.

İdman.Biz