Messidən dünya çempionatları tarixində görünməmiş rekord - VİDEO

28 İyun 2026 11:36
88
Messidən dünya çempionatları tarixində görünməmiş rekord - VİDEO

Argentina futbol millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixinə düşüb.

İdman.Biz xəbər verir ki, 39 yaşlı hücumçu 2026-cı il dünya çempionatında İordaniya ilə oyunda fərqlənərək unikal rekorda imza atıb.

Messi mundiallarda ardıcıl yeddi oyunda qol vuran ilk futbolçu olub. Buna qədər heç bir futbolçu dünya çempionatları tarixində belə nəticə göstərməyib.

O, həmçinin mundiallardakı qollarının sayını 19-a çatdırıb. Bununla da argentinalı ulduz 16 qolu olan Miroslav Kloze və Kilian Mbappeni qabaqlayıb.

Qeyd edək ki, Argentina İordaniyaya 3:1 hesabı ilə qalib gəlib.

İdman.Biz