Özbəkistan millisinin kapitanı: “Sıfır xal toplamışıqsa, deməli, yerimiz buradır”

28 İyun 2026 10:23
78
Özbəkistan millisinin kapitanı: “Sıfır xal toplamışıqsa, deməli, yerimiz buradır”

Özbəkistan futbol millisinin kapitanı Eldor Şomurodov DÇ-2026-da qrup mərhələsindən sonra mübarizəni dayandırmaları barədə danışıb.

İdman.Biz xəbər verir ki, Asiya təmsilçisi debüt mundialında üç oyunun hamısında məğlub olub və xal qazana bilməyib. Şomurodov turnirdə bir qol vurub.

O, dünya çempionatı səviyyəsində özlərini yoxladıqlarını bildirib:

“İndi zəif tərəflərimizi bilirik. Dünya çempionatı səviyyəsində özümüzü yoxladıq. Kolumbiya və Portuqaliya ilə oyunlar yadımızda qalacaq. Əgər sıfır xal toplamışıqsa, deməli, bu, bizim olmalı olduğumuz yerdir. İndi əsas məsələ inkişaf etməkdir. Azarkeşləri sevindirə bilmədiyimiz üçün onlardan üzr istəyirəm”.

Qeyd edək ki, Özbəkistan millisi qrupda DR Konqo və Kolumbiyaya eyni hesabla - 1:3, Portuqaliyaya isə 0:5 hesabı ilə məğlub olub.

İdman.Biz