İordaniya millisinin futbolçu: “Biz Messinin oynamasını istəyirdik” - İDMAN.BİZ ABŞ-də - VİDEO

28 İyun 2026 11:08
82
İordaniya millisinin futbolçu: “Biz Messinin oynamasını istəyirdik”  - İDMAN.BİZ ABŞ-də - VİDEO

“Hamımız Messini sevirik, o, tarixin ən yaxşısıdır”.

Bu sözləri İordaniya millisinin yarımmüdafiəçisi Amer Camus Argentina ilə oyundan sonra İdman.Biz-in DÇ-2026-ya ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

O, argentinalı ulduzun start heyətində olmamasına görə təəssüfləndiklərini bildirib:

“Düzünü desəm, biz onun oyuna start heyətində başlamasını istəyirdik. Hamımız Messini sevirik, o, tarixin ən yaxşısıdır. Biz onun oynamasını istəyirdik. Meydana çıxanda isə bu, bizə daha böyük motivasiya verdi”.

Amer Camus Argentinaya turnirin davamında uğurlar arzulayıb:

“Onu oynayan görməkdən çox xoşbəxtik. Argentinaya bu turnirdə ən yaxşısını arzulayırıq. İnşallah, onlar yenidən kuboku qazanacaqlar”.

İdman.Biz