Martines Ronaldu ilə bağlı qərarına aydınlıq gətirdi

28 İyun 2026 14:39
87
Martines Ronaldu ilə bağlı qərarına aydınlıq gətirdi

Portuqaliya futbol millisinin baş məşqçisi Roberto Martines Kriştianu Ronaldunun DÇ-2026-nın növbəti oyununda istirahət edib-etməyəcəyi ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis 41 yaşlı hücumçunun meydanda düzgün mövqe seçmək bacarığını xüsusi vurğulayıb:

“Ronaldu doğru zamanda doğru yerdə olmağa öyrəşib. O, mövqeyində çox intizamlıdır və komanda yoldaşları üçün boş zonalar da yaradır”.

Martines Ronaldunun fiziki və psixoloji durumunda problem olmadığını bildirib:

“Onun fiziki və mental vəziyyəti sual doğurmur. Növbəti matçda dəyişikliklər etməyimiz lazım ola bilər. Amma hər qərarı əlimizdə olan informasiya və məlumatlara əsasən veririk”.

İdman.Biz