Şotlandiya futbol millisinin baş məşqçisi Stiv Klark DÇ-2026-da komandasının qrup mərhələsində mübarizəni dayandırmasından sonra postundan ayrılıb.
İdman.Biz xəbər verir ki, bu barədə Şotlandiya Futbol Assosiasiyası məlumat yayıb. Klarkın qərarı Xorvatiyanın Qananı 2:1 hesabı ilə məğlub etməsindən və Şotlandiyanın pley-off şansının rəsmən bitməsindən yarım saat sonra açıqlanıb.
62 yaşlı mütəxəssis yeddi il ərzində Şotlandiya millisinə rəhbərlik edib. O, futbolçularına təşəkkür edərək bu komandanın baş məşqçisi olmağın özü üçün böyük şərəf sayıldığını bildirib.
Şotlandiya C qrupunu üç xalla üçüncü pillədə başa vurub. Komandanın ən yaxşı üçüncülər sırasına düşməsi üçün Qananın Xorvatiyanı ən azı üç top fərqi ilə məğlub etməsi lazım idi. Lakin Xorvatiyanın 2:1 hesablı qələbəsi Şotlandiyanın mundialla vidalaşmasına səbəb olub.
