Nihat Kahveci əsəbindən Montellaya “lan” deyə xitab etdi - VİDEO

26 İyun 2026 12:55
92
Nihat Kahveci əsəbindən Montellaya “lan” deyə xitab etdi - VİDEO

Türkiyə futbol millisinin sabiq futbolçusu Nihat Kahveci A Milli komandanın DÇ-2026 ilə vidalaşmasından sonra baş məşqçi Vinçenzo Montellaya sərt reaksiya verib.

İdman.Biz xəbər verir ki, o, canlı yayımda italiyalı mütəxəssisin matçdan sonrakı açıqlamalarını tənqid edib.

Türkiyə yığması D qrupunun son turunda ABŞ-yə 3:2 hesabı ilə qalib gəlsə də, mundialdakı çıxışını üç xalla başa vurub. Komanda Avstraliya və Paraqvaya məğlubiyyətlərdən sonra daha əvvəl pley-off şansını itirib.

Nihat Kahveci qələbəyə baxmayaraq, millinin turnirdəki ümumi çıxışından narazı qalıb. O, Montellanın daim statistikaya və bəhanələrə sığınmasından bezdiklərini bildirib. Sabiq futbolçu italiyalı baş məşqçinin dərhal göndərilməli olduğunu deyib.

Kahveci azarkeşlərin ilk oyunlarda gecə saatlarında belə milliyə dəstək verdiyini, amma ABŞ matçına marağın azaldığını vurğulayıb. Onun sözlərinə görə, buna görə texniki heyət və futbolçular məsuliyyət daşıyır.

O, komanda üzvlərinin ölkəyə qayıdanda bəhanə gətirməməli, əksinə, azarkeşlərdən üzr istəməli olduğunu bildirib.

Kahveci Montellanın “şərəfimiz üçün oynadıq” sözlərinə də sərt cavab verib. O, millinin əvvəlki oyunlarda lazımi ruhu göstərə bilmədiyini deyərək, italiyalı mütəxəssisin Türkiyə pasportunun geri alınıb göndərilməli olduğunu söyləyib.

İdman.Biz