Kris Breydi: “Finala qədər irəliləmək və çempion olmaq istəyirik” - İDMAN.BİZ ABŞ-də - VİDEO

26 İyun 2026 12:17
110
Kris Breydi: “Finala qədər irəliləmək və çempion olmaq istəyirik” - İDMAN.BİZ ABŞ-də - VİDEO

“Əsas millidə ilk oyunum məhz dünya çempionatından əvvəl Türkiyəyə qarşı olmuşdu. Yadımdadır, həmin görüşdə onlar cərimə meydançasında və onun ətrafında daha səmərəli oynayırdılar”.

Bu sözləri ABŞ futbol millisinin qapıçısı Kris Breydi Türkiyə ilə oyundan sonra İdman.Biz-in DÇ-2026-ya ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

22 yaşlı qapıçı bildirib ki, Türkiyənin ABŞ ilə oyuna qədər əsas çatışmayan cəhəti qol epizodlarını reallaşdıra bilməmisi olub:

“Fikrimcə, Paraqvay və Avstraliya çox dərin müdafiə olunurdu, maksimum qapalı futbol oynayırdı və bu taktika öz nəticəsini verdi. Məncə, əsas fərq də elə bunda idi”.

Kris Breydi komandasının bu turnirdəki həfəflərinə də toxunub:

“Finala qədər irəliləmək və çempion olmaq istəyirik. Rəqibimizin kim olmasının heç bir əhəmiyyəti yoxdur. Meydana çıxacağıq və onları məğlub etmək üçün əlimizdən gələni edəcəyik”.

İdman.Biz
Məqalədə: