Futbol üzrə DÇ-2026-da qrup mərhələsinin növbəti oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu gün I, G və H qruplarında ümumilikdə altı qarşılaşma baş tutacaq. Günün əsas matçları arasında Norveç - Fransa, Uruqvay - İspaniya və Yeni Zelandiya - Belçika oyunları diqqət çəkir.
Qarşılaşmalar qrup mərhələsinin son turuna təsadüf etdiyindən komandalar təkcə qələbə üçün yox, həm də növbəti mərhələyə çıxmaq şansını qorumaq üçün meydana çıxacaqlar.
DÇ-2026, qrup mərhələsi, üçüncü tur
26 iyun
23:00 Norveç - Fransa
23:00 Seneqal - İraq
27 iyuna keçən gecə
04:00 Kabo-Verde - Səudiyyə Ərəbistanı
04:00 Uruqvay - İspaniya
07:00 Misir - İran
07:00 Yeni Zelandiya - Belçika
Qeyd edək ki, oyunların hamısının başlama saatı Bakı vaxtı ilə göstərilib.
