Mert Müldür: “Hansı millinin dünya çempionluğunu qazanacağı məni maraqlandırmır” - İDMAN.BİZ ABŞ-də - VİDEO

26 İyun 2026 11:34
103
Mert Müldür: “Hansı millinin dünya çempionluğunu qazanacağı məni maraqlandırmır” - İDMAN.BİZ ABŞ-də - VİDEO

“Son oyunda qələbə qazansaq da, məyusuq”.

Bu sözləri Türkiyə-ABŞ matçından sonra İdman.Biz-in DÇ-2026-ya ezam edilmiş əməkdaşına açıqlamasında Türkiyə futbol millisinin müdafiəçisi Mert Müldür deyib.

Gənc müdafiəçi “DÇ-2026-da kimi favorit görürsünüz?” sualına isə belə cavab verib:

“Doğrusunu desəm, hansı millinin dünya çempionluğunu qazanacağı məni maraqlandırmır”.

Futbolçu əlavə edib ki, Türkiyə millsinin heyəti gənc olduğundan bu dünya çempionatı onların hər biri üçün yaxşı təcrübə oldu.

“Qarşıdakı turnirlərdə daha yaxşı Türkiyə millisi görəcəyik”.

@idman.biz Mert Müldür: Türkiyə yığması bu Dünya Çempionatından hansı ən böyük dərsi çıxardı? #futbol⚽️ #worldcup2026 ♬ оригинальный звук - Idman və Biz

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-da D qrupunun üçüncu turunda ABŞ üzərində 3:2 hesablı qələbəyə seviniblər. Lakin Türkiyə millisi ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.

İdman.Biz