DÇ-2026: Türkiyə ABŞ-ni son saniyələrdə vurduğu qolla məğlub etdi - VİDEO

26 İyun 2026 08:43
103
DÇ-2026: Türkiyə ABŞ-ni son saniyələrdə vurduğu qolla məğlub etdi - VİDEO

2026-cı il dünya çempionatının D qrupunun üçüncü turunda Türkiyə və ABŞ milliləri üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, ABŞ-nin İnqlvud şəhərindəki “So-Fi” stadionunda keçirilən qarşılaşma Türkiyə yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə millisinin heyətində qolları Arda Gülər, Orkun Kökçü və Kaan Ayxan vurublar. ABŞ yığmasının qollarına isə Oston Trasti və Sebastian Berhalter imza atıblar. Qələbə qolunu Kaan Ayxan matçın əsas vaxta əlavə olunmuş səkkizinci dəqiqəsində vurub. Bununla da Türkiyə DÇ-2026-da ilk xallarını qazanıb.

Qrup mərhələsinin yekununa əsasən, 6 xalla ABŞ yığması birinci yeri tutub. 4 xalı olan Avstraliya və Paraqvay müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Türkiyə isə 3 xalla sonuncu yeri tutub.

İdman.Biz
Məqalədə: