İnfantinonun mundialda görüntüsü hamını çaşdırdı - FOTO

26 İyun 2026 11:29
96
İnfantinonun mundialda görüntüsü hamını çaşdırdı - FOTO

FIFA prezidenti Canni İnfantino futbol üzrə 2026-cı il dünya çempionatında maraqlı görüntü ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə onun eyni vaxtda iki fərqli oyunda kameralara düşməsi müzakirə olunur. Söhbət paralel keçirilən Kürasao - Kot-d'İvuar və Ekvador - Almaniya matçlarından gedir.

Azarkeşlər zarafatla FIFA prezidentinin klonlaşdırıldığını yazıblar. Çünki ekran görüntülərində İnfantino həm Fil Dişi Sahilinin 2:0 hesabı ilə qalib gəldiyi oyunda, həm də Ekvadorun Almaniyanı 2:1 məğlub etdiyi qarşılaşmada tribunada görünür.

Hələlik FIFA tərəfindən bu görüntülərlə bağlı rəsmi açıqlama verilməyib. Sosial şəbəkələrdə isə bunun canlı yayım gecikməsi, əvvəlcədən çəkilmiş kadr və ya sadəcə rejissor səhvi ola biləcəyi ehtimal edilir. Bir qism isə süni intellek məhsulu olduğunu bildirir.

Qeyd edək ki, hər iki oyun DÇ-2026-nın E qrupunda baş tutub. Fil Dişi Sahili Kürasao üzərində 2:0 hesablı qələbə ilə pley-offa yüksəlib, Ekvador isə Almaniyanı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

İdman.Biz