Orkun Kökçü: "Xalqımızı məyus etməyə haqqımız yox idi" - İDMAN.BİZ ABŞ-də - VİDEO

26 İyun 2026 10:59
89
Orkun Kökçü: "Xalqımızı məyus etməyə haqqımız yox idi" - İDMAN.BİZ ABŞ-də - VİDEO

“Bizim üçün ən vacib məsələ xalqımızı məyus etməmək idi. Ən böyük motivasiyamız da məhz bu idi”.

Bu sözləri Türkiyə-ABŞ matçından sonra İdman.Biz-in DÇ-2026-ya ezam edilmiş əməkdaşına açıqlamasında Türkiyə futbol millisinin yarımmüdafiəçisi Orkun Kökçü deyib.

Türkiyə millisinin futbolçusu Orkun Kökçü ABŞ-la oyuna necə hazırlaşdıqlarını da toxunub:

“Bilirdim ki, bu oyunda uduza bilmərik. Çünki bizi böyük dəstəkləmiş insanlara bunun əvəzini verməli idik”.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-da D qrupunun üçüncu turunda ABŞ üzərində 3:2 hesablı qələbəyə seviniblər. Lakin Türkiyə millisi ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.

İdman.Biz
Məqalədə: