DÇ-2026-da bombardirlər yarışı: Messi liderliyini qoruyur

26 İyun 2026 09:44
94
DÇ-2026-da bombardirlər yarışı: Messi liderliyini qoruyur

Futbol üzrə 2026-cı il dünya çempionatında növbəti oyun günündən sonra bombardirlər yarışındakı vəziyyət açıqlanıb.

İdman.Biz xəbər verir ki, Argentina millisinin hücumçusu Lionel Messi siyahının lideridir. Təcrübəli futbolçunun aktivində beş qol var.

Onu dörd qolla Norveç yığmasının forvardı Erlinq Holand, Fransa millisinin hücumçusu Kilian Mbappe və Braziliya millisinin futbolçusu Vinisius izləyir.

Günün oyunlarında Kürasao Kot-d'İvuara 0:2 hesabı ilə uduzub, Ekvador Almaniyanı 2:1 hesabı ilə məğlub edib. Yaponiya İsveçlə 1:1 hesablı heç-heçə edib, Niderland Tunisə 3:1 hesabı ilə qalib gəlib.

Türkiyə ABŞ-la oyunda qələbəni kompensasiya vaxtında qazanıb - 3:2. Paraqvay - Avstraliya matçında isə qol vurulmayıb - 0:0.

İdman.Biz