Futbol üzrə 2026-cı il dünya çempionatında D qrupunun üçüncü tur oyununda Paraqvay millisi Avstraliya ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, ABŞ-nin Santa-Klara şəhərindəki Levis stadionunda baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Matç ərzində komandalar fərqlənə bilməyiblər. Bu nəticədən sonra Avstraliya D qrupunu ikinci pillədə başa vurub. Komanda üç oyundan sonra dörd xal toplayıb.
Paraqvay da eyni sayda xal qazansa da, top fərqinə görə rəqibindən geri qalıb və üçüncü yerdə qərarlaşıb, amma pley-off vəsiqəsini təmin edib.
Avstraliya D qrupunu ikinci yerdə bitirdiyi üçün 1/16 finalda G qrupunun ikincisi ilə oynayacaq. Matç Dallasda keçiriləcək. Rəqib hələ G qrupunun yekun nəticəsindən sonra dəqiqləşəcək.
Paraqvayın da növbəti mərhələdəki rəqibi digər oyunların nəticəsindən sonra məlum olacaq.
