Futbol üzrə DÇ-2026-nın F qrupunda son turun Tunis - Niderland oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, Kanzas-Sitidəki Errouhed stadionunda baş tutan görüş Niderland millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesab artıq üçüncü dəqiqədə açılıb. Tunis millisinin müdafiəçisi Elyes Skhiri topu öz qapısına göndərib. Yeddi dəqiqə sonra Brayan Brobbi Niderlandın üstünlüyünü artırıb.
Tunis 54-cü dəqiqədə Hazem Masturinin qolu ilə fərqi azaltsa da, komanda oyuna qayıda bilməyib. 62-ci dəqiqədə Yan-Paul van Hekke Niderlandın üçüncü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra Niderland F qrupunu yeddi xalla lider kimi başa vurub. Tunis isə üç oyunun hamısında məğlub olaraq mundialla xalsız vidalaşıb.
Niderland millisi 1/16 final mərhələsində C qrupunu ikinci pillədə başa vuran Mərakeşlə qarşılaşacaq.
