“Bizi dəstəkləyən bütün azərbaycanlılara təşəkkürümü bildirirəm, onlar bizim qardaşlarımızdırlar”.
Bu sözləri Türkiyə-ABŞ matçından sonra İdman.Biz-in DÇ-2026-ya ezam edilmiş əməkdaşına açıqlamasında Türkiyə futbol millisinin qapıçısı Uğurcan Çakır deyib.
Qolkiper qeyd edib ki, Türkiyə millisi olaraq növbəti mərhələyə çıxıb azərbaycanlı azarkeşlərə də sevinc bəxş etmək niyyətində olublar.
“Bu gün qələbə qazansaq da, bu, növbəti mərhələ üçün yetərli olmadı. Lakin mən bizi dəstəkləkyən bütün azərbaycan xalqına təşəkkür edirəm”.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-da D qrupunun üçüncu turunda ABŞ üzərində 3:2 hesablı qələbəyə seviniblər. Lakin Türkiyə millisi ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.
