Montella ABŞ üzərində qələbəni şərh edib

26 İyun 2026 11:49
105
Montella ABŞ üzərində qələbəni şərh edib

Türkiyə futbol millisinin baş məşqçisi Vinçentso Montella 2026-cı il dünya çempionatının qrup mərhələsində ABŞ üzərində qazanılan qələbədən sonra açıqlama verib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis 3:2 hesablı qələbəni komandasının xarakteri ilə əlaqələndirib.

Montella bildirib ki, Türkiyə millisi nə etdiyini bilən komanda olmasaydı, oyunun axarını dəyişə bilməzdi. O, futbolçularının kəskin tənqidlərə layiq olmadığını deyib və məhz bu səbəbdən onların qələbə qazanmasına sevindiyini vurğulayıb.

Baş məşqçi əlavə edib ki, Türkiyə millisinin yenidən dünya çempionatına vəsiqə qazanması üçün 24 il gözləməsinə ehtiyac olmayacaq.

Qeyd edək ki, ABŞ üzərində qələbəyə baxmayaraq, Türkiyə millisi D qrupunu üç xalla sonuncu pillədə başa vurub.

İdman.Biz