“Bu gün, nəticəyə baxmayaraq, hesab edirəm ki, komanda yaxşı çıxış etdi. Əminəm ki, qarşımıza qoyduğumuz istənilən məqsədə çata bilərik”.
Bu sözləri ABŞ futbol millisinin yarımmüdafiəçisi Maksimilian Arfsten Türkiyə ilə oyundan sonra İdman.Biz-in DÇ-2026-ya ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
Yarımmüdafiəçi ABŞ-li azarkeşlərin Dünya Çempionluğuna inam bəsləməsinə isə belə cavab verib:
“Düşünürəm ki, biz güclü oyun nümayiş etdiririk. Hətta düzünü desəm, dünya çempionatı başlamazdan əvvəl Türkiyə ilə matçın bizim üçün ən vacib oyun olacağını düşünürdük. Amma futbol belədir, hər şey dəyişə bilər” - deyə yarımmüdafiəçi qeyd edib.
