Hollivud ulduzları Türkiyə - ABŞ oyununda - FOTO

26 İyun 2026 13:52
101
Hollivud ulduzları Türkiyə - ABŞ oyununda - FOTO

Türkiyə futbol millisinin DÇ-2026-da ABŞ-a qarşı keçirdiyi oyun tribunadakı məşhurlarla da diqqət çəkib.

İdman.Biz xəbər verir ki, qrup mərhələsinin üçüncü turunda keçirilən Türkiyə - ABŞ matçını şou-biznes və idman dünyasının tanınmış simaları stadiondan izləyiblər.

Görüş ABŞ-nin İnqlvud şəhərində yerləşən SoFi stadionunda baş tutub. Matçı Əlcəzairdən olan baş hakim Mustafa Qorbal idarə edib. Qarşılaşma Türkiyə millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunu izləyənlər arasında Leonardo Di Kaprio, Bred Pitt, Edvard Norton, Kolin Farrell, Peris Hilton, Cessika Alba, Uill Farrell, Ceyms Kemeron, Eşton Kuçer və Ouen Uilson kimi məşhurlar yer alıb.

İdman.Biz