DÇ-2026: İsveçrə möhtəşəm qələbə ilə qrup liderliyinə yüksəlir - YENİLƏNİB + VİDEO

19 İyun 2026 01:00
808
DÇ-2026: İsveçrə möhtəşəm qələbə ilə qrup liderliyinə yüksəlir

İsveçrə - Bosniya və Herseqovina oyunu başa çatıb.

İdman.Biz bildirir İsveçrə 4:1 hesablı qələbə qazanıb. Bu qələbə ilə İsveçrə 4 xal toplayaraq qrup liderliyinə yüksəlib.

00:57

İsveçrə - Bosniya və Herseqovina oyununda hesab bir daha dəyişib.

İdman.Biz xəbər verir ki, oyunun 90+7-ci dəqiqəsində Qranit Caka penaltidən fərqlənib - 4:1.

00:54

İsveçrə - Bosniya və Herseqovina matçında hesab yenə dəyişib.

İdman.Biz bildirir ki, 90+3-də Ermin Mahmiş bosniyalıların təsəlli qolunu vurub - 3:1.

00:50

İsveçrə - Bosniya və Herseqovina matçında hesab yenə dəyişib.

İdman.Biz bildirir ki, 90-cı dəqiqədə Yohan Manzambi oyunda ikinci qolunu vurub - 3:0

00:45

İsveçrə - Bosniya və Herseqovina matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 84-cü dəqiqədə Ruben Varqas isveçrəlilərin ikinci qolunu vurub. Qeyd edək ki, Bosniya millisi oyunu azlıqda davam etdirir. 80-ci dəqiqədə Tarik Muharremoviç meydandan qovulub.

00:35

İsveçrə - Bosniya və Herseqovina matçında hesab açılıb.

İdman.Biz xəbər verir ki, 74-cü dəqiqədə Yohan Manzambi isveçrəliləri irəli çıxarıb.

00:05

İsveçrə - Bosniya və Herseqovina matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, komandalar ilk yarıda qapılara yol tapa bilməyiblər.

23:50

İsveçrə - Bosniya və Herseqovina matçında ilk hissə bitib.

İdman.Biz bildirir ki, komandalar ilk yarıda qapılara yol tapa bilməyiblər.

23:00

Futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turu davam edir.

İdman.Biz bildirir ki, B qrupunda İsveçrə Bosniya və Herseqovina ilə üz-üzə gəlir.

Hər iki milli ilk turda 1 xal qazanıb. Belə ki, birinci turda İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə 1:1 hesablı heç-heçə edib.

Oyun ABŞ-ın İnqlvud şəhərindəki “Sou Fay” stadionunda keçirilir. Stadionun tutumu 70 min 240 nəfər, baş hakim isə portuqaliyalı Joau Pedru Pineyrudur.

İdman.Biz