İngiltərə futbol millisinin və İngiltərənin “Arsenal” komandasının yarımmüdafiəçisi Deklan Rays DÇ-2026 öncəsi isti hava şəraitinə uyğunlaşmaqda çətinlik çəkdiyini bildirib.
İdman.Biz “TNT Sports”a istinadən xəbər verir ki, futbolçu İngiltərə millisinin komanda fotosessiyası zamanı günəşdən yanaraq qıpqırmızı göründüyünü etiraf edib.
“Komanda fotosessiyasındakı şəkilləri, yəqin ki, hamı görüb. Orada qıpqırmızı idim. Anam da buna görə məni daim ələ salır”, - deyə Rays bildirib.

Yarımmüdafiəçi İngiltərədən ABŞ-yə gəldikdən sonra hava şəraitindəki kəskin fərqi dərhal hiss etdiyini vurğulayıb:
“Açığı, gəldiyimiz ilk gün bu istiyə alışmaq lazım idi. İngiltərədə hava daim dəyişir - gah isti, gah da soyuq olur. Burada isə temperatur həmişə 30 dərəcədir. Bu fərqi həqiqətən dərhal hiss edirsən”.
Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-ya hazırlığını ABŞ-nin Florida ştatında keçirib.
