İspaniya Dünya Çempionatı öncəsi gücünü göstərdi - VİDEO

9 İyun 2026 10:13
96
İspaniya Dünya Çempionatı öncəsi gücünü göstərdi - VİDEO

İspaniya futbol millisi Dünya Çempionatı-2026 öncəsi son yoxlama oyununda Peru yığmasını məğlub edib.

İdman.Biz xəbər verir ki, Meksikanın Puebla şəhərindəki “Kuahtemok” stadionunda keçirilən görüş “qırmızı furiya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya matça sürətli başlayıb. Artıq ikinci dəqiqədə Mikel Oyarzabal hesabı açıb. 32-ci dəqiqədə Pedri fərqi iki topa çatdırıb.

Fasilədən sonra Peru millisinin qapıçısı Pedro Qalyese avtoqol müəllifi olub və İspaniyanın üstünlüyü daha da artıb. Peru yığması 66-cı dəqiqədə Hayro Velesin qolu ilə fərqi azaltsa da, bundan artığına nail ola bilməyib.

Peru millisi Dünya Çempionatı-2026-da iştirak etməyəcək. Komanda Cənubi Amerika seçmə mərhələsini doqquzuncu pillədə başa vuraraq mundialdan kənarda qalıb.

İspaniya isə Dünya Çempionatı-2026-da H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə mübarizə aparacaq.

Dünya Çempionatı-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz