Yurrien Timber dünya çempionatını buraxacaq

8 İyun 2026 23:28
74
Yurrien Timber dünya çempionatını buraxacaq

“Arsenal”ın və Niderland millisinin müdafiəçisi Yurrien Timber 2026-cı il dünya çempionatını buraxacaq.

İdman.Biz bu barədə Niderland millisinin sosial media hesabına istinadən bildirir.

24 yaşlı oyunçunun qasıq zədəsi tam sağalmayıb və bu da onun turnirdə iştirakını tibbi baxımdan məqsədəuyğun hesab etmir. Tibbi heyətlə məsləhətləşmələrdən sonra Timberin Özbəkistanla oyundan sonra Nyu-Yorkda milli komandanın təlim-məşq düşərgəsini tərk etməsinə qərar verilib.

Zədə 14 mart 2026-cı ildə "Everton"a qarşı Premyer Liqa matçı zamanı alınıb. Niderland 2026-cı il dünya çempionatında Yaponiya, İsveç və Tunislə F qrupunda mübarizə aparacaq. Turnir 11 iyun - 19 iyul 2026-cı il tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz