Uesli Fransa Dünya Çempionatını buraxacaq

8 İyun 2026 05:10
111
Uesli Fransa Dünya Çempionatını buraxacaq

Braziliya futbol millisinin və İtaliyanın “Roma” futbol komandasının sağ cinah müdafiəçisi Uesli Fransa zədə səbəbindən 2026-cı il Dünya Çempionatında iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, 22 yaşlı futbolçu Misir millisi ilə 2:1 hesabı ilə başa çatan yoxlama oyununda xəsarət alıb.

Müayinədən sonra onun sol budunun yaxınlaşdırıcı əzələsində zədə aşkarlanıb. Bu səbəbdən Uesli Fransa Braziliya yığmasının mundial üçün heyətindən çıxarılıb.

Baş məşqçi Karlo Ançelotti onun əvəzinə İtaliyanın “Atalanta” futbol komandasının yarımmüdafiəçisi Edersonu milliyə çağırıb. 26 yaşlı futbolçu ötən klub mövsümündə bütün turnirlərdə 41 matç keçirib, üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliya millisi 2026-cı il Dünya Çempionatında C qrupunda Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə mübarizə aparacaq.

İdman.Biz