Deklan Rays İngiltərə millisində ikinci şəxs oldu

8 İyun 2026 01:58
93
Deklan Rays İngiltərə millisində ikinci şəxs oldu

İngiltərə futbol millisinin baş məşqçisi Tomas Tuhel 2026-cı il Dünya Çempionatı üçün komandanın vitse-kapitanını müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, bu vəzifə İngiltərənin “Arsenal” futbol komandasının yarımmüdafiəçisi Deklan Raysa həvalə olunub.

Tomas Tuhel bu qərarı Cud Bellinqemin “Yeni Zelandiya” ilə 1:0 hesabı ilə başa çatan yoxlama matçının ikinci hissəsində kapitan sarğısını daşımasına baxmayaraq qəbul edib. Almaniyalı mütəxəssis həmin epizodun xüsusi məna daşımadığını bildirib.

Baş məşqçinin qərarına əsasən, İngiltərə millisinin əsas kapitanı Harri Keyn olaraq qalır. Rays isə turnir zamanı onun əsas köməkçisi funksiyasını yerinə yetirəcək.

Futbol ekspertləri daha əvvəl də 25 yaşlı yarımmüdafiəçinin gələcəkdə İngiltərə millisinin kapitanı ola biləcəyini qeyd edirdilər. Raysın liderlik keyfiyyətləri və komanda daxilində nüfuzu bu qərarın əsas səbəblərindən biri sayılır.

2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyunda start götürəcək və final oyunu 19 iyulda baş tutacaq.

İdman.Biz