İran millisi DÇ-2026-nın hər oyunundan sonra ABŞ-ı tərk etməlidir

7 İyun 2026 05:17
113
İran millisi DÇ-2026-nın hər oyunundan sonra ABŞ-ı tərk etməlidir

İran milli komandası 2026-cı il dünya çempionatındakı hər oyunundan sonra ABŞ-ı tərk etmək məcburiyyətində qalacaq.

İdman.Biz-in xəbərinə görə, daha əvvəl İran millisinin təlim-məşq bazasını ABŞ-dan Meksikaya köçürdüyü bildirilirdi.

“Səhər girə bilərik və həmin gün yola düşməliyik”, - deyə “De Telegraaf” İranın Meksikadakı səfiri Əbülfəzl Pəsəndidədən sitat gətirib.

İran qrup mərhələsində ilk oyununu 15 iyunda Los-Ancelesdə Yeni Zelandiya ilə keçirəcək. 21 iyunda, həmçinin Los-Ancelesdə İran komandası Belçika ilə, 26 iyunda isə Sietlda Misirlə qarşılaşacaq.

2026-cı il dünya çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina hazırkı dünya çempionudur.

İdman.Biz