DÇ-2026-da irqçiliyə qarşı yeni jest tətbiq olunacaq

4 İyun 2026 12:13
115
DÇ-2026-da irqçiliyə qarşı yeni jest tətbiq olunacaq

Futbol üzrə 2026-cı il Dünya Çempionatında irqçilik halları ilə bağlı yeni protokol tətbiq olunacaq.

İdman.Biz xəbər verir ki, bu barədə britaniyalı jurnalist Henri Vinter məlumat yayıb. Onun sözlərinə görə, futbolçular meydanda və ya tribunada irqçiliklə üzləşəcəkləri halda qollarını çarpazlaşdıraraq “X” işarəsi göstərməlidirlər.

Bu jest hakimi hadisə barədə xəbərdar etmək üçün nəzərdə tutulub. Bundan sonra referi FIFA-nın üçmərhələli protokolunu işə sala bilər. Protokola əsasən, əvvəlcə oyun dayandırılır və stadionda xəbərdarlıq elan edilir. Hadisə davam edərsə, matç 15 dəqiqəlik dayandırıla bilər. Problem aradan qalxmasa, görüş tamamilə ləğv edilə bilər.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz